Polşa Ukraynaya təxminən 4 milyard dollarlıq silah və hərbi texnika verib
Polşa Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya təxminən 4 milyard dollar dəyərində silah və hərbi texnika təhvil verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlama verib.
Nazirin sözlərinə görə, Varşavanın Kiyevə təqdim etdiyi hərbi yardım paketinə T-72, PT-91 və Leopard tankları, zirehli transportyorlar, özüyeriyən artilleriya qurğuları, pilotsuz uçuş aparatları, minaatanlar, MiQ-29 döyüş təyyarələri, Mi-24 helikopterləri, hava hücumundan müdafiə sistemləri, buraxılış qurğuları, artilleriya və tank sursatları, eləcə də digər hərbi texnikalar daxildir.
Kosinyak-Kamış bildirib ki, Polşa Ukraynanın müdafiəsinə dəstəyi davam etdirir və indiyədək göstərilən yardımın ümumi dəyəri təxminən 4 milyard dollara çatıb.

09:43 07.07.2026
Oxunuş sayı: 59