Netanyahu Trampdan Türkiyəyə silah satışını məhdudlaşdırmağı istəyib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan Türkiyənin Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi üçün Amerika silah sistemlərinin satışına razılıq verməməyi xahiş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Məlumata görə, Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş planlaşdırılır.
Gözlənilir ki, liderlər ikitərəfli münasibətləri, o cümlədən müdafiə, ticarət və investisiya sahələrində əməkdaşlığı, eləcə də tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə edəcəklər.
09:24 07.07.2026
Oxunuş sayı: 50