Makron Əsədin gedişindən sonra Suriyaya səfər edən ilk Qərb lideri oldu
Fransa Prezidenti Emmanuel Makron Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Suriyaya səfər edən ilk Qərb ölkəsi lideri olub.
Crossmedia.az xəbər verir ki, Makronu Dəməşq Beynəlxalq Hava Limanında Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani qarşılayıb.
Makronun səfəri Suriyada hakimiyyət dəyişikliyindən sonra Qərb ilə Dəməşq arasında ən yüksək səviyyəli diplomatik təmaslardan biri kimi qiymətləndirilir.
Səfər çərçivəsində tərəflər arasında ikitərəfli münasibətlər, Suriyadakı vəziyyət və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.
09:21 07.07.2026
Oxunuş sayı: 54