Tramp NATO sammiti üçün Türkiyəyə yola düşdü
ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək məqsədilə Türkiyəyə yola düşüb.
Crossmedia.az xəbər verir ki, Trampın sammit çərçivəsində alyansa üzv ölkələrin liderləri ilə görüşlər keçirməsi gözlənilir.
Sammit zamanı kollektiv təhlükəsizlik, müdafiə xərclərinin artırılması, Ukraynadakı vəziyyət və NATO-nun gələcək strategiyası əsas müzakirə mövzuları olacaq.
09:12 07.07.2026
Oxunuş sayı: 56