Ankarada NATO sammiti başlayır
Bu gün Türkiyənin paytaxtı Ankarada NATO sammiti öz işinə başlayır.
Crossmedia.az xəbər verir ki, sammitdə alyansa üzv dövlətlərin liderləri və yüksəkvəzifəli rəsmiləri bir araya gələcəklər.
Görüşdə kollektiv təhlükəsizlik, müdafiə xərclərinin artırılması, Ukraynadakı vəziyyət, NATO-nun şərq cinahının gücləndirilməsi, eləcə də alyansın gələcək strateji prioritetlərinin müzakirə olunacağı gözlənilir.
Sammit çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi və yekunda birgə bəyanatın qəbul edilməsi planlaşdırılır.
09:11 07.07.2026
Oxunuş sayı: 51