Tramp 40 il əvvəl Sankt-Peterburqa səfər edibmiş
ABŞ Prezidenti Donald Trampın Rusiyanın Sankt-Peterburq şəhərinə ilk səfərini təxminən 40 il əvvəl etdiyi məlum olub.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Tramp 1987-ci ildə SSRİ Dövlət Xarici Turizm Komitəsinin dəvəti ilə Sankt-Peterburqa səfər edib və şəhərin tarixi-mədəni məkanları, o cümlədən Ermitaj muzeyi ilə tanış olub.
Xəbərdə qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığı zamanı Tramp Ermitaja heyranlığını ifadə edib. Putin isə amerikalı həmkarının Rusiyaya səfər etməsi üçün dəvətin qüvvədə qaldığını bildirib.
07:27 07.07.2026
Oxunuş sayı: 66