Rusiyanın hücumu Kiyevdə bir ailənin sonu oldu
Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində bir rayonda dağıntılar altından eyni ailənin üzvləri – ana, ata və azyaşlı uşağın meyitləri çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı davam edir. Rəsmilərin sözlərinə görə, dağıntılar altında daha çox insanın ola biləcəyi ehtimal edilir və ölənlərin sayının artacağı istisna olunmur.
18:06 06.07.2026
Oxunuş sayı: 51