Ankarada NATO sammiti öncəsi misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb
NATO sammiti öncəsi Ankarada təhlükəsizlik tədbirləri maksimum səviyyədə gücləndirilib.
Crossmedia.az xəbər verir ki, Türkiyə paytaxtında çoxsaylı yollar bağlanıb, xarici ölkə liderlərinin qalacağı məkanların ətrafında geniş təhlükəsizlik zonaları yaradılıb.
ABŞ Prezidenti Donald Tramp üçün isə xüsusi təhlükəsizlik tədbirləri görülüb. Məlumata görə, onun qalacağı otel tamamilə kənar şəxslər üçün bağlanıb və yalnız Ağ Ev rəhbəri ilə təxminən 1000 nəfərlik nümayəndə heyətinin istifadəsinə verilib.
Bildirilir ki, Trampın qalacağı 190 kvadratmetrlik prezident nömrəsi də əlavə təhlükəsizlik tədbirləri çərçivəsində yenidən təchiz olunub. Otağın pəncərələri gülləkeçirməz şüşələrlə möhkəmləndirilib, divarları isə bomba zərbələrinə davamlı konstruksiyalarla gücləndirilib.
17:07 06.07.2026
Oxunuş sayı: 46