Fon der Lyayen Ukraynaya PUA istehsalı üçün yeni maliyyə vəd edib
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün yeni maliyyə dəstəyi göstəriləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Fon der Lyayenin sözlərinə görə, ötən həftə Avropa Komissiyası Ukraynanın müdafiə qabiliyyətinin qabaqcıl PUA texnologiyaları vasitəsilə gücləndirilməsi məqsədilə ayrılması nəzərdə tutulan 90 milyard avroluq maliyyə paketinin ilk 4 milyard avrosunu Kiyevə köçürüb.
"Daha çox vəsait tezliklə ayrılacaq", – deyə o bildirib.
Avropa Komissiyasının sədri əlavə edib ki, Ankarada keçiriləcək NATO sammitində Ukraynanın hava hücumundan müdafiə vasitələrinə ehtiyacı məsələsini qaldıracaq. O, həmçinin Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin hazırlanması istiqamətində intensiv iş aparıldığını qeyd edib.
14:24 06.07.2026
Oxunuş sayı: 49