Serbiya: Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyik
Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Serbiya hökumətinin naziri Nenad Popoviç "İnnoprom" 16-cı Beynəlxalq Sənaye Sərgisi çərçivəsində keçirilən sessiyada bildirib.
"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməmişik və heç vaxt da tətbiq etməyəcəyik", – deyə nazir vurğulayıb.
Popoviçin sözlərinə görə, Serbiya bu mövqeyinə görə böyük təzyiqlərlə və real siyasi təhdidlərlə üzləşir.
O əlavə edib ki, buna baxmayaraq, Belqrad prinsipial mövqeyini qoruyur və dostlarının kim olduğunu yaxşı bilir.
12:23 06.07.2026
Oxunuş sayı: 49