Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
O, milli yaş qrupları finalı və Böyük Britaniya çempionatını 2 qızıl mükafatla başa vurub.
16:37 05.10.2026
Oxunuş sayı: 64