Netanyahu İranın İsraillə bağlı planını açıqladı
İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraili məhv etmək planı hazırladığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Netanyahu bildirib ki, İranın nüvə silahları İsrail dövlətini məhv etmək məqsədi daşıyırdı.
“Bizim dövlətimizi məhv etmək, onu xəritədən silmək üçün nüvə bombaları nəzərdə tutulmuşdu. İranın planı bu idi. Lakin birləşmiş gücümüz sayəsində biz bu planı darmadağın etdik”, – deyə İsrailin Baş naziri bildirib.
Netanyahu bu açıqlamanı İsrail və İran arasındakı qarşıdurma ilə bağlı çıxışında verib.
16:56 05.10.2026
Oxunuş sayı: 53