Tramp NATO sammiti çərçivəsində Zelenski və Əhməd əş-Şaraa ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp NATO sammiti çərçivəsində hər iki liderlə ikitərəfli danışıqlar aparacaq.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duranın X sosial şəbəkəsində paylaşdığı məlumata əsasən, sammitin əsas müzakirə mövzuları Avroatlantik region üçün təhdid və çağırışlar, Ukraynadakı vəziyyət və alyansın cənub cinahı olacaq.
09:04 06.07.2026
Oxunuş sayı: 51