Rusiya MN: Gecə ərzində 519 Ukrayna PUA-sı vurulub
Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri iyulun 6-na keçən gecə ölkənin müxtəlif bölgələri üzərində 519 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) aşkar edərək məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif regionları üzərində zərərsizləşdirilib.
Pilotsuz təyyarələr Belqorod, Pskov, Novqorod, Bryansk, Kursk, Oryol, Tula, Tver, Yaroslavl, Voronej, Smolensk, Kaluqa, Ryazan, Lipetsk, Rostov, Samara, Saratov, Volqoqrad, Leninqrad vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krasnodar diyarı və Krım ərazisi üzərində məhv edilib.
08:56 06.07.2026
Oxunuş sayı: 54