Fransanın planı əks-təsir verdi: Paris milyonlarla avro itirdi
Fransanın Böyük Britaniya şirkətlərinin Avropa İttifaqının (Aİ) 150 milyard avroluq silahlanma fondundan kənarlaşdırılmasına yönəlmiş diplomatik strategiyası Paris üçün maliyyə itkiləri ilə nəticələnib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Fransa hakimiyyətinin irəli sürdüyü sərt seçim meyarları səbəbindən ölkə 1,1 milyard avro həcmində güzəştli maliyyələşmədən məhrum olub.
Problemin əsas səbəbi kimi Fransanın bir sıra müdafiə layihələrinin Britaniya sənayesi ilə sıx bağlı olması göstərilir. Xüsusilə raket istehsalçısı MBDA-nın fəaliyyətinin Britaniya komponentlərindən asılı olması səbəbindən bu layihələr Aİ- nin ucuz kredit proqramlarına daxil edilə bilməyib.
NATO üzvləri və müdafiə sənayesi tərəfindən tənqid edilən bu siyasətə baxmayaraq, Paris mövqeyini dəyişmək niyyətində deyil. Fransız rəsmilər Avropa istehsalının prioritet olması üçün bu qaydaların vacib olduğunu bildirirlər.
23:07 05.07.2026
Oxunuş sayı: 69