Konqoda Ebola qurbanlarının sayı 492-yə çatdı
Konqo Demokratik Respublikasında son sutka ərzində Ebola virusundan daha 19 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi gündəlik məlumat bülletenində açıqlayıb.
Bununla da ölkədə epidemiya nəticəsində ölənlərin ümumi sayı 492-yə yüksəlib.
Məlumata görə, son 24 saat ərzində daha 26 yeni yoluxma halı qeydə alınıb və təsdiqlənmiş yoluxmaların ümumi sayı 1 528-ə çatıb.
Qeyd edək ki, Konqo Demokratik Respublikasının şərqində başlayan hazırkı Ebola epidemiyası mayın 15-dən etibarən davam edir. Virusun qonşu Uqandada da yoluxma və ölüm hallarına səbəb olduğu bildirilir.
22:17 05.07.2026
Oxunuş sayı: 57