Makron prezidentlikdən sonra yeni vəzifəyə keçəcək
Fransa Prezidenti Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra milyarder Ksavye Nielin strukturlarında onun üçün xüsusi yaradılacaq vəzifəni tuta bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Le Journal du Dimanche˝ nəşri məlumat yayıb.
Məlumata görə, Makronun bu addımı ictimai diqqət mərkəzində qalmasına və 2032-ci ildə yenidən böyük siyasətə qayıtmasına şərait yaratmaq məqsədi daşıyır. Nəşr qeyd edir ki, sözügedən plan hələlik rəsmi təsdiqini tapmayıb.
21:30 05.07.2026
Oxunuş sayı: 52