Slovakiya: Ukraynadakı müharibənin maliyyələşdirilməsinə bir avro belə verilməyəcək
Slovakiya Ukraynaya hərbi yardım və müharibənin maliyyələşdirilməsi üçün vəsait ayırmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso TA3 telekanalına açıqlamasında bildirib.
Fitso qeyd edib ki, bu mövqeyini NATO-nun baş katibi Mark Rutteyə ünvanladığı məktubda da çatdırıb.
"Slovakiya Ukraynaya hər hansı hərbi yardımda iştirak etməyəcək və etməyəcək. Bunu tam aydın şəkildə deyirəm. Slovakiya Ukraynadakı müharibənin maliyyələşdirilməsi üçün bir avro da verməyəcək", – deyə baş nazir vurğulayıb.
19:53 05.07.2026
Oxunuş sayı: 49