Makron Suriyaya səfərə hazırlaşır
Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfər edərək iki ölkə arasında münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Makron səfər çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşəcək. Danışıqlarda ikitərəfli əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Fransa liderini səfərdə investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək. Proqram çərçivəsində Makronun Suriya tərəfi ilə dəyirmi masa formatında görüş keçirməsi də nəzərdə tutulur.
Suriya Prezident Administrasiyası səfəri təsdiqləsə də, onun hansı tarixdə baş tutacağı hələ açıqlanmayıb.
16:58 05.07.2026
Oxunuş sayı: 55