Tayvan Çin hərbi gəmilərinin sayında artım qeydə alıb
Tayvanın Milli Təhlükəsizlik Şurası Yaponiyadan Filippinədək uzanan birinci ada zənciri boyunca 110-dan çox Çin hərbi gəmisinin və sahil mühafizə gəmisinin fəaliyyət göstərdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mənbə yazıb.
Bildirilib ki, son günlər regionda Çin qüvvələrinin cəmləşməsində nəzərəçarpacaq artım müşahidə olunur. Taybey bunu Pekinin adaya təzyiqi artırmasının göstəricisi kimi qiymətləndirir.
Bu fonda Tayvan hərbi akademiyalarında 24 ildən sonra vətənpərvərlik tərbiyəsi üzrə dərslərin yenidən tədris olunmasına qərar verib.
Tayvan Müdafiə Nazirliyi qeyd edib ki, məqsəd gələcək zabitlərin milli təhlükəsizlik məsələləri və regiondakı mövcud vəziyyət barədə daha dolğun biliklərə malik olmasını təmin etməkdir.
16:24 05.07.2026
Oxunuş sayı: 57