Peskov: Xüsusi hərbi əməliyyat artıq müharibəyə çevrilib
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynada aparılan xüsusi hərbi əməliyyat Qərb ölkələrinin prosesə cəlb olunması səbəbindən artıq tammiqyaslı müharibəyə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Peskovun sözlərinə görə, Qərb ölkələri Ukraynaya kəşfiyyat məlumatları təqdim edir, silah tədarük edir və zərbələrin koordinasiyasında iştirak edir. O, Almaniya, Fransa, Niderland, Norveç və ABŞ-ni bu ölkələr sırasında qeyd edib.
Kreml nümayəndəsi əlavə edib ki, Rusiya Ukrayna hakimiyyətinin istənilən üsula əl atmağa hazır olduğunu nəzərə alır.
Peskov, həmçinin Ukraynanın gələcəyi ilə bağlı fikirlərini bölüşərək bildirib ki, Polşada qonşu ölkənin bəzi ərazilərinin tarixi baxımdan Polşaya məxsus olduğu barədə mövqelər səsləndirilir. Bu açıqlamalar Kremlin mövqeyini əks etdirir.
16:22 05.07.2026
Oxunuş sayı: 55