Pekin və Moskva dənizdə qüvvələrini birləşdirir
Rusiyanın Sakit Okean Donanmasına məxsus hərbi gəmilər Çinlə keçiriləcək "Maritime Interaction 2026" birgə dəniz təlimində iştirak etmək üçün Tsinqdao limanına çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Sakit Okean Donanmasının mətbuat xidmətinin bildirdiyinə görə, təlimlər 6–13 iyul tarixlərində Sarı dəniz akvatoriyasında keçiriləcək.
Təlimlərin məqsədi Çin və Rusiya Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat hazırlığının daha da gücləndirilməsidir.
10:36 05.07.2026
Oxunuş sayı: 58