90 dəqiqəlik Putin-Tramp söhbətinin detalları açıqlandı
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında təxminən 1,5 saat davam edən telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, söhbət dostyana, açıq və işgüzar atmosferdə keçib.
Uşakov bildirib ki, telefon danışığı zamanı liderlər beynəlxalq gündəmdə yer alan əsas məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Danışıqların məzmunu ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
09:50 05.07.2026
Oxunuş sayı: 55