İsrail ordusu Cənubi Livanda “Hizbullah” üzvünün öldürüb
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti 91-ci diviziyanın tərkibində fəaliyyət göstərən 551-ci briqadanın hərbçilərinin Cənubi Livanda “Hizbullah” hərəkatının bir üzvünü zərərsizləşdirdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, insident bu gün Livanın cənubunda, İsrailin bufer zonasının şimal sərhədi yaxınlığında yerləşən Məcd əş-Şuun kəndi ərazisində baş verib. Bildirilir ki, “Hizbullah” üzvü İsrail hərbçilərinin mövqelərinə yaxınlaşmağa cəhd göstərərkən aşkarlanıb və məhv edilib.
Qeyd edək ki, məlumat İsrail ordusunun rəsmi açıqlamasına əsaslanır və hadisə ilə bağlı “Hizbullah” tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
01:04 05.07.2026
Oxunuş sayı: 52