İran ABŞ və müttəfiqləri ilə qarşıdurmada heç vaxt bu qədər güclü olmayıb
Son hadisələr fonunda İran ABŞ və müttəfiqləri ilə qarşıdurmada əvvəlkindən daha möhkəm mövqedə görünür.
Crossmedia.az bu barədə ˝The Washington Post˝ nəşrinə istinadən xəbər verir.
İsrailin Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə tədqiqatlar bölməsinin rəhbəri Raz Zimətin sözlərinə görə, hazırda daha cəsarətli və özünəinamlı İran formalaşıb.
Nəşr qeyd edir ki, İran iqtisadi çətinliklərlə üzləşsə də, ölkə rəhbərliyinin mövqeyi daha da sərtləşib. Təhlildə hazırda strateji qərarların əsasən Müctəba Xamenei tərəfindən verildiyinin müşahidə olunduğu vurğulanır.
Məqalədə həmçinin bildirilir ki, keçirilən mərasim İran İslam Respublikasının zəifləməsini deyil, əksinə, ölkənin müharibədən çıxaraq ABŞ və onun müttəfiqləri qarşısında daha güclü siyasi mövqe nümayiş etdirdiyini göstərir.
00:54 05.07.2026
Oxunuş sayı: 50