ABŞ hər gün həm Rusiya, həm də Ukrayna ilə nəyi müzakirə edir?
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və lider Donald Trampın kürəkəni Cared Kuşner avqustun sonunadək Rusiyaya səfər edə bilərlər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝TASS˝ agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.
Bundan əvvəl ˝The New York Times˝ nəşri yazmışdı ki, ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Ukrayna rəsmiləri ilə hər gün əlaqə saxlayırlar.
Yaxın Şərqdə vəziyyətin nisbətən sabitləşməsi fonunda son günlər Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərini yenidən aktivləşdirdikləri barədə məlumatlar yayılıb. Bununla belə, onların mümkün səfərlərinin konkret tarixləri hələ açıqlanmayıb.
00:42 05.07.2026
Oxunuş sayı: 73