“Fənərbağça” Azərbaycana təşəkkür edib
Türkiyənin “Fənərbağça” futbol klubu komandanın Azərbaycanda olduğu müddətdə göstərilən isti münasibət və dəstəyə görə Azərbaycana təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, klub iki qardaş ölkə arasında möhkəm əlaqələrin olduğunu vurğulayıb. “Fənərbağça” həmçinin “Turan Tovuz” klubunun prezidenti Ehtiram Quliyevə, klub rəhbərliyinə və bütün Azərbaycan xalqına göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
10:47 04.10.2026
Oxunuş sayı: 62