TEKNOFEST Cənub-Şərqdə xarici tələbələrin diqqətini çəkdi
Türkiyədə təhsil alan xarici tələbələr Şanlıurfada keçirilən TEKNOFEST Cənub-Şərq festivalında texnologiya və innovasiyalar sahəsindəki yeniliklərlə yaxından tanış olublar.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və T3 Fondunun himayəsi ilə keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalı Şanlıurfa GAP Hava Limanında ziyarətçiləri qəbul edir. Festivalın qlobal kommunikasiya tərəfdaşı “Anadolu Agentliyi”dir.
Türkiyədə təhsil almaq üçün dünyanın müxtəlif ölkələrindən gələn gənclər də festival çərçivəsində təşkil olunan müsabiqələrdə müxtəlif layihələrlə iştirak ediblər.
TEKNOFEST-i ilk dəfə ziyarət edən xarici tələbələr festivalın genişmiqyaslı təşkilindən, təqdim olunan imkanlardan və beynəlxalq iştirakdan məmnun qaldıqlarını bildiriblər.
11:58 04.10.2026
Oxunuş sayı: 42