Ukrayna atəşkəsə hazır olduğunu açıqladı
Ukrayna Hindistanın sülh planı çərçivəsində dərhal atəşkəsə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev Hindistanın sülh planı çərçivəsində dərhal atəşkəsə hazırdır.
Sibiqanın sözlərinə görə, Ukraynanın qarşısında atəşkəsə dair dörd təklif var və bunların ən genişi Hindistana məxsusdur.
“Bizdə dörd təklif var və onların ən genişi Hindistandan gəlir. Biz enerji sahəsində və Qara dənizdə atəşkəsə hazırıq, lakin yalnız bu iki istiqamətin birlikdə tətbiqi şərti ilə”, – deyə Ukraynanın XİN rəhbəri bildirib.
10:29 04.10.2026
Oxunuş sayı: 46