ABŞ-də meşədə çıxan yanğın sürətlə yayılır
ABŞ-nin Kaliforniya ştatında şənbə günü başlayan meşə yanğını 2,87 kvadrat kilometr ərazini əhatə edib.
Crossmedia.az xəbər verir ki, ştatın yanğınsöndürmə xidməti yanğının Los-Anceles dairəsində yayıldığını bildirib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Yerli hakimiyyət orqanları yaxın ərazilərdə yaşayan sakinlərə təxliyə olunmaları barədə göstəriş verib.
Hazırda yanğının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
10:30 04.10.2026
Oxunuş sayı: 42