Bu gün leysan olacaq - tempratur 5 dərəcəyə düşəcək
Azərbaycanda oktyabrın 4-də hava şəraitinin bəzi ərazilərdə yağışlı keçəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, havanın temperaturunun gecə 12-14°, gündüz isə 16-18° isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Rayonlarda havanın temperaturu gecə 11-14°, gündüz 15-20° isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 0-5°, gündüz isə 6-10° isti təşkil edəcək.
09:33 04.10.2026
Oxunuş sayı: 45