Qalibafdan sərt açıqlama — İran Hörmüz boğazını açmayacaq
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Tehranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Qalibafın sözlərinə görə, ABŞ rəsmiləri mediada fərqli açıqlamalar versələr də, son vaxtlar vasitəçilər üzərindən İrana müəyyən təkliflər göndəriblər. O bildirib ki, İran artıq vaxt uzatmaq və birtərəfli tələblərin qəbul etdirilməsi siyasətini qəbul etmir.
İran parlamentinin sədri qeyd edib ki, İslam Respublikasının mövqeyi “tam aydın və yekundur”. Onun sözlərinə görə, İslamabad memorandumu əsasında müəyyənləşdirilən yeddi şərt yerinə yetirilməyənə qədər Hörmüz boğazı açılmayacaq.
13:23 04.10.2026
Oxunuş sayı: 40