Şimali Koreya 1000 kilometr məsafəyə hipersəs raketini sınaqdan keçirib
Şimali Koreya Yaponiya dənizində 1000 kilometr uzaqlıqdakı hədəfi vuran strateji orta mənzilli hipersəs raketinin buraxılışı üzrə təlim keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Təlimi şəxsən izləyən Şimali Koreya lideri Kim Çen In ölkənin strateji hücum imkanlarının etibarlılığını və dağıdıcı gücünü nümayiş etdirmək üçün “davamlı və məsuliyyətli səylər” göstərilməsinin vacibliyini vurğulayıb.
Kim Çen In bildirib ki, bu cür təlimlər vasitəsilə ölkənin strateji hücum imkanlarının gücü qarşı tərəfə dəfələrlə nümayiş etdirilməlidir.
10:40 04.10.2026
Oxunuş sayı: 44