Baş nazir: Rusiya Balkanlar üçün real təhlükə yaradır
Albaniyanın Baş naziri Edi Rəma Rusiyanın Qərbi Balkanlar üçün real təhlükə yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Edi Rəma Türkiyənin bölgədəki təsiri ilə bağlı narahatlıqları isə rədd edib. O, Ankaranın sabitlik və sülh maraqları naminə fəaliyyət göstərdiyini qeyd edib.
Albaniya Baş naziri Çini də təhlükə hesab etmədiyini bildirib. Onun sözlərinə görə, Pekinin “imperiya gündəliyi” yoxdur.
09:40 04.10.2026
Oxunuş sayı: 50