Netanyahu müharibəyə hazırlaşır - seçkilər təxirə salınacaq?
İsrailin keçmiş baş naziri Ehud Barak hazırkı Baş nazir Benyamin Netanyahunu oktyabrın 27-də keçirilməsi planlaşdırılan seçkiləri təxirə salmaq məqsədilə müharibəyə zəmin hazırlamaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Barak bu barədə İsrailin “12-ci Kanal”ına müsahibəsində danışıb. Onun sözlərinə görə, Netanyahu seçkilərin təxirə salınmasına imkan verə biləcək müharibəyə başlamaq üçün zəmin hazırlayır.
Barak həmçinin Netanyahunun “asanlıqla yalan danışdığını” iddia edib. O, oktyabrın 27-də Netanyahunun hakimiyyətdən getməsi və yenidən hakimiyyətə qayıtmaması üçün mümkün olan hər şeyin edilməli olduğunu bildirib.
12:45 04.10.2026
Oxunuş sayı: 55