İranda Milad Qülləsinə ildırım düşdü
Ötən gecə Tehranda baş verən güclü tufan zamanı şəhərin simvollarından biri olan Milad Qülləsinə ildırım düşüb.
Crossmedia.az xəbər verir ki, ildırımın qülləyə dəydiyi an lentə alınıb. Yayılan məlumatlara görə, ildırım qüllənin ildırımötürücüsünə dəyib.
Hadisə nəticəsində xəsarət alanlar və ya qülləyə ciddi ziyan dəyməsi barədə məlumat verilməyib.
09:58 04.10.2026
Oxunuş sayı: 42