Zelenski və Tramp telefon danışığı aparıblar
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı apardığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, tərəflər cəbhədəki vəziyyəti və diplomatik prosesləri müzakirə ediblər. O bildirib ki, müharibənin başa çatdırılması üçün real perspektiv mövcuddur və bu prosesdə ABŞ-nin qətiyyətli mövqeyi həlledici rol oynayacaq.
Ukrayna lideri əlavə edib ki, onlar NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində görüşərək müzakirələri şəxsən davam etdirmək barədə razılığa gəliblər.
00:27 05.07.2026
Oxunuş sayı: 47