O hansı günahı etmişdi? - Xameneinin cənazəsində hər kəsi sarsıdan mənzərə
Vida mərasimi üçün nümayiş etdirilən İranın ali dini lideri Əli Xameneinin cənazəsinin altında İran bayrağına bükülmüş kiçik tabut da yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, ˝The New York Times˝ nəşrinin yaydığı məlumata görə, tabutda ABŞ və İsrailin Xameneinin iqamətgahına endirdiyi hava zərbələri zamanı həlak olduğu iddia edilən 14 aylıq nəvəsi Zəhra Qolpayqaninin cənazəsi olub.
Məlumata əsasən, fevralın 28-də baş verən hücum nəticəsində Xameneinin ailəsinin bir neçə üzvü, o cümlədən qızı, kürəkəni, gəlini və iki nəvəsi həyatını itirib.
Qızın digər babası ayətullah Məhəmmədi Qolpayqani İran KİV-inə açıqlamasında O hansı günahı etmişdi? deyərək hadisəyə münasibət bildirib.
İran rəsmiləri və müstəqil mənbələr bu məlumatlarla bağlı hələlik rəsmi təsdiq təqdim etməyiblər.
21:25 04.07.2026
Oxunuş sayı: 52