Kiyev: Konstantinovka Ukraynanın nəzarəti altındadır
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Konstantinovkanın ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, mayor Andrey Kovalyov açıqlama verib.
Onun sözlərinə görə, bəzi Ukrayna KİV-lərində Rusiya Prezidenti Vladimir Putinin Konstantinovkanın guya Rusiya qoşunlarının nəzarətinə keçdiyi barədə bəyanatına istinadən yayılan məlumatlar həqiqəti əks etdirmir.
Kovalyov bildirib ki, Donetsk vilayətinin Konstantinovka şəhəri hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
17:28 04.07.2026
Oxunuş sayı: 58