Medvedev: İranın nüvə silahından daha güclü silahı var
İranın nüvə silahından da təsirli başqa bir strateji silahı var.
Crossmedia.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu barədə açıqlama verib.
Onun sözlərinə görə, söhbət İranın nəzarət etdiyi və mürəkkəb beynəlxalq hüquqi statusa malik olan Hörmüz boğazından gedir. O qeyd edib ki, boğazın bir tərəfində İran, digər tərəfində isə Oman yerləşir və burada gəmi keçidinin təşkili xüsusi hüquqi qaydalarla tənzimlənir.
Medvedev bildirib ki, İran boğazda hərəkəti məhdudlaşdırmaqla öz gücünü nümayiş etdirib. Onun sözlərinə görə, hazırda aparılan danışıqlar və əldə olunan razılaşmalar da Hörmüz boğazının gələcək fəaliyyət mexanizmi ilə bağlıdır.
17:20 04.07.2026
Oxunuş sayı: 60