İstanbul reysi havada fövqəladə siqnal verdi
İstanbuldan Mineralnıye Vodıya uçan sərnişin təyyarəsi Qara dəniz üzərində fövqəladə vəziyyət siqnalı verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın "Azimut" aviaşirkətinə məxsus Sukhoi Superjet tipli təyyarənin ekipajı texniki nasazlıq səbəbindən marşrutu dəyişərək İstanbul hava limanına geri qayıtmaq qərarı verib.
Məlumata görə, hadisə təyyarə Qara dəniz üzərində uçarkən baş verib.
Bildirilir ki, bu tip hava gəmisində 103 nəfərə qədər sərnişin daşımaq mümkündür. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
17:00 04.07.2026
Oxunuş sayı: 51