Baş nazir: Polşa Ukraynaya yardımla bağlı yanaşmasını yenidən nəzərdən keçirəcək
Polşanın Ukraynaya gələcək maliyyə dəstəyi ilə bağlı yanaşmasını yenidən qiymətləndirilməsi zəruridir.
Crossmedia.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
O, nümayəndə heyətini Ukraynaya ayrılacaq gələcək yardım həcmləri ilə bağlı açıqlamalarda ehtiyatlı olmağa çağırıb.
Baş nazir bildirib ki, məsələ Ukraynanın maliyyə dəstəyinə ehtiyac duymaması ilə bağlı deyil.
"Bu, Ukraynanın maliyyə dəstəyinə ehtiyacının olmadığını düşündüyüm üçün deyil. Hesab edirəm ki, Polşa Avropa İttifaqının bütün şərq sərhədinin qorunmasına görə çox böyük məsuliyyət daşıyır və hər kəs bunu nəzərə almalıdır. Ukrayna müharibə aparır, lakin Polşa həm öz sərhədinin, həm də Avropanın şərq sərhədinin təhlükələrdən qorunması üzrə əsas yükü daşıyır. Buna görə də ölkəmizə xüsusi diqqətlə yanaşılmalıdır", – deyə Tusk vurğulayıb.
16:13 04.07.2026
Oxunuş sayı: 54