Ukrayna Krımdakı hərbi aerodromlara zərbələr endirib
Ukrayna işğal altında olan Krım yarımadasındakı hərbi obyektlərə pilotsuz uçuş aparatları ilə zərbələr endirib və nəticədə ən azı yeddi Rusiya hərbi təyyarəsinin məhv edilib və ya ciddi zədələnib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, iyulun 3-nə keçən gecə SBU Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri ilə birlikdə Krım ərazisində yerləşən əsas hərbi obyektlərə koordinasiyalı zərbələr endirib.
Bildirilib ki, əsas hədəflərdən biri "Saki" hərbi aerodromunda yerləşən aviasiya texnikasının saxlanıldığı yeddi anqar olub. SBU-nun iddiasına görə, zərbə zamanı anqarlarda Su-30SM, Su-30 və Su-24 tipli qırıcı və cəbhə bombardmançıları yerləşirdi.
Qurumun məlumatına əsasən, hücum nəticəsində ən azı yeddi Rusiya hərbi təyyarəsi məhv edilib və ya ciddi zədələnib. Xüsusilə, Su-30SM təyyarələrinin yerləşdiyi anqarlardan birində güclü yanğın qeydə alınıb.
Həmçinin bildirib ki, "Qvardeyskoye" hərbi aerodromunda "Şahed" tipli zərbə pilotsuz uçuş aparatlarının və aviasiya avadanlıqlarının saxlanıldığı iki anqar da vurulub.
15:44 04.07.2026
Oxunuş sayı: 51