Medvedev: Rusiyaya qarşı bütün sanksiyalar qanunsuzdur
Rusiyaya qarşı tətbiq edilən bütün birtərəfli məhdudiyyətlər beynəlxalq hüquqa ziddir və BMT Nizamnaməsi ilə nəzərdə tutulmadığı üçün sanksiya hesab edilə bilməz.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev İran səfərinin yekunlarına dair jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Dmitri Medvedev qeyd edib ki, “qanunsuz sanksiyalar” anlayışı yalnız BMT Nizamnaməsi və ya digər beynəlxalq müqavilələrlə nəzərdə tutulmayan məhdudiyyətlərə aiddir. Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən tədbirlər məhz bu kateqoriyaya daxildir.
O vurğulayıb ki, bu səbəbdən Moskva həmin tədbirləri “sanksiya” kimi adlandırmır və onları “birtərəfli qanunsuz məhdudiyyətlər” kimi qiymətləndirir.
14:32 04.07.2026
Oxunuş sayı: 63