Ağır yol-nəqliyyat hadisəsi: Ölənlərin sayı artır
Ukraynanın Nikolayev vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Prezidentin sözlərinə görə, qəza nəticəsində çoxsaylı insan həyatını itirib, hadisənin səbəbləri araşdırılır.
Hadisə yerində xilasetmə və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir. Yaralıların vəziyyəti və qəzanın təfərrüatları ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.
13:50 04.07.2026
Oxunuş sayı: 56