Ukrayna Baş Qərargahı Putinin açıqlamasını təkzib edib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya Prezidenti Vladimir Putinin Konstantinovkanın ələ keçirilməsi ilə bağlı açıqlamasını təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Baş Qərargah şəhərin hələ də Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olduğunu bildirib.
Məlumata görə, Ukrayna bölmələri Konstantinovkanın özündə və şəhərə giriş istiqamətlərində mövqelərini qorumağa davam edir.
Baş Qərargahın açıqlamasında qeyd olunub ki, Rusiya qüvvələri kiçik piyada qrupları ilə şəhərə daxil olmağa cəhd göstərsə də, Ukrayna hərbçiləri əks-diversiya əməliyyatları keçirərək bu cəhdlərin qarşısını alır və hücum edən qüvvələri zərərsizləşdirirlər.
13:41 04.07.2026
Oxunuş sayı: 51