İlin ikinci ən güclü maqnit qasırğası başladı
Yer üzündə iyulun 4-də başlayan maqnit qasırğasının gücü qısa müddətdə G3 səviyyəsindən G3.33 səviyyəsinə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, bu, ilin gücünə görə ikinci ən güclü maqnit qasırğasıdır. İlk yeri yanvarın 19–21-də qeydə alınmış G4.67 səviyyəli geomaqnit hadisəsi tutur.
"Bu məlumat hazırlanarkən qasırğanın gücü artıq G3.33 səviyyəsinə yüksəldi. Bu, ilin ikinci ən güclü hadisəsidir", – deyə laboratoriyanın açıqlamasında qeyd olunub.
12:13 04.07.2026
Oxunuş sayı: 88