Taker Karlson ABŞ-də üçüncü siyasi partiyanın yaradılmasını istəyir
Amerikalı jurnalist Taker Karlson ABŞ-də üçüncü siyasi partiyanın yaradılmasının zəruri olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Karlson bu barədə açıqlamasında danışıb.
O bildirib ki, ABŞ-də mövcud siyasi sistem əsl demokratiya deyil.
“Bu, demokratiya deyil. Bu, özünü demokratiya kimi təqdim edən təkpartiyalı dövlətdir və bu sistemi dağıtmaq lazımdır. Üçüncü siyasi partiya yaranacaq və bunun baş verməsi üçün əlimdən gələni edəcəyəm”, – deyə Karlson bildirib.
O, Donald Trampı dəstəkləyən seçicilərin nəticədə yenə də müharibə və hakimiyyət dəyişikliyi siyasəti ilə üzləşdiyini iddia edib.
Karlsonun sözlərinə görə, demokrat senator Çak Şumerin Trampın xarici siyasətini dəstəkləməsi ABŞ-də siyasi alternativlərə ehtiyac olduğunu göstərir.
“Bizə üçüncü siyasi partiya lazımdır”, – deyə o əlavə edib.
10:14 04.07.2026
Oxunuş sayı: 54