KİV: Paşinyanın xalq adından danışmağa haqqı yoxdur
Ermənistanın "Past" qəzeti Baş nazir Nikol Paşinyanın son açıqlamalarını tənqid edərək onun xalq adından danışmağa hüququ olmadığını iddia edib.
Crossmedia.az xəbər verir ki, nəşr bu barədə məqalə dərc edib.
Qəzet yazır ki, Paşinyan müxalifətə qarşı sərt bəyanatlar verərkən "xalq mənə mandat verib" tezisini yenidən gündəmə gətirir.
Məqalədə iddia olunur ki, Mərkəzi Seçki Komissiyasının nəticələrinə əsasən Paşinyan iyunun 7-də keçirilmiş parlament seçkilərində səsvermədə iştirak edən seçicilərin təxminən 49 faizinin, ümumi seçici sayının isə 23–24 faizinin dəstəyini qazanıb.
Nəşrin fikrincə, bu göstəricilər Paşinyana bütün xalq adından danışmaq hüququ vermir.
Qəzet həmçinin baş nazirin hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə müdaxilə etməsinin yolverilməz olduğunu iddia edib.
10:56 04.07.2026
Oxunuş sayı: 65