Putin: Konstantinovka tam nəzarətə götürülüb
Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun Konstantinovka şəhərinə tam nəzarəti ələ keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsində keçirilən müşavirədə bildirib.
Məlumata görə, Konstantinovkada döyüşən hücum bölmələrinin komandirləri şəhərdəki vəziyyət barədə Rusiya prezidentinə məruzə ediblər.
Müşavirədə bildirilib ki, Konstantinovka Donetsk vilayətinin bütün ərazisinin nəzarətə götürülməsi üçün əsas strateji məntəqə hesab olunur.
Həmçinin qeyd edilib ki, Rusiya ordusu hazırda döyüş bölgəsində strateji təşəbbüsü tam əlində saxlayır və Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin sərhədyanı ərazilərində təhlükəsizlik zolağının yaradılması istiqamətində planlı fəaliyyət davam etdirilir.
Putin yay mövsümü üçün qarşıya qoyulan tapşırıqları və daha fəal hücum əməliyyatlarını da hərbi rəhbərliklə müzakirə edib. O, Ukraynanın mümkün cəhdlərinə qarşı hazırlıqlı olmağı tapşırıb.
Bildirilib ki, Rusiyanın məlumatına əsasən, ilin əvvəlindən etibarən Donbas və Novorossiya istiqamətində 133 yaşayış məntəqəsi və 3 min kvadrat kilometrdən çox ərazi nəzarətə götürülüb.
Qeyd edək ki, bu məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
09:17 04.07.2026
Oxunuş sayı: 66